factograf
AZ

İngiltərə futbolçusu

Devid Bekhem

Devid Bekhem

Key facts

doğum tarixi2 may 1975
hündürlüyü/boyu183cm
fəaliyyətifutbolçu, model, bloger
doğum yeriWhipps Cross University Hospital
həyat yoldaşıViktoriya Bekhem
iş yeriBMT Uşaq Fondu
All data from the card 9
Tam adı
Devid Robert Cozef Bekhem
Ləqəbi
Beks
Doğum tarixi
2 may 1975
Doğum yeri
London, İngiltərə
Vətəndaşlığı
Böyük Britaniya
Boyu
183 sm
Çəkisi
77 kq
Mövqeyi
yarımmüdafiəçi
Klub
karyerasını bitirib

Devid Bekhem (ing. David Beckham, 2 may 1975, London) — keçmiş ingilis futbolçusu. Devid Bekhem İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Yunayted", "Preston North End", ABŞ-nin "Los-Anceles Qalaksi", İtaliyanın "Milan" klublarının şərəfini qoruyub, UEFA Çempionlar Liqası, Qitələrarası Kuboku, İngiltərə və İspaniya çempionluğu, Superkubokunu qazanıb. Bekhem 20 illik futbolçu karyerası ərzində 19 dəfə zəfər sevinci yaşayıb. Onlardan 10-u isə ölkə çempionluğudur. Həmçinin Devid 4 ölkədə çempion olan ilk ingilis futbolçusudur.

1 sentyabr 1996-cı ildə milli komandanın heyətində debüt etmişdir. 6 il — 2000–2006-cı illərdə milli komandanın kapitanı olmuşdur. İngiltərə millisinin heyətində meydan oyunçuları arasında matç sayında rekordçudur.

Xeyli fərdi mükafatının sahibidir. 2004 və 2010, 2011-ci ildə dünyanın ən ödənişli futbolçusu sayılıb. O, iki dəfə FİFA tərəfindən keçirilən "İlin futbolçusu" mükafatı uğrunda səsvermədə ikinci yer tutub. Bekhem UEFA Çempionlar Liqasında 100 oyun keçirən ilk futbolçu kimi də Britaniya tarixinə düşüb.

2013-cü ildə futbolçu karyerasını bitirib. Viktoriya Bekhemlə evlidir, 4 uşağı var.

Həyatı

Devid Robert Cozef Bekhem 2 may 1975-ci ildə İngiltərənin paytaxtı Londonda anadan olub. Çilingər Devid Edvard Alan və saç ustası Sandra Ceorcina Uestin ailəsində doğulan futbolçu uşaqlıqdan bu sahəyə böyük maraq göstərib. Bekhemin ana atası yəhudi olub. İngilis oyunçu bu səbəbdən özünü yarı yəhudi hesab edir. Bekhemin valideynləri çılğın "Mançester Yunayted" azarkeşi olub və müntəzəm olaraq Old Traffordda gedib. Məhz bu kluba olan sevgisi ona valideynlərindən keçib. Bekhem Bobbi Çarltonun futbol məktəbinə yazılıb və "Barselona"nın təlim-məşqində iştirak edib. O uşaq vaxtı atasının çalışdırdığı Ricuey Rovers klubunda da oynayıb. 14 yaşına çatanda futbolçu "Mançeter Yunayted"in futbol akademiyası ilə müqavilə imzalayıb. O, 1997-ci ildə dünyaca məşhur "Spice Girls" qrupunun üzvlərindən Viktoriya ilə tanış olub və 1999-cu ildə ailə həyatı qurub. 3 oğlu, 1 qızı var. 2005-ci ildə özünün Qrinviç adlı futbol akademiyasını açmışdır.

Klub karyerası

Mançester Yunayted

1993–2003-cü illərdə "Mançester Yunayted"in heyətində çıxış edib. Bekhem "Mançester Yunayted"in heyətində ilk oyununu 23 sentyabr 1992-ci ildə İngiltərə Kubokunda Brighton klubuna qarşı keçirib. Bu klubun heyətində ilk qolunu 1994-cü ildə UEFA Çempionlar Liqası yarışında Türkiyənin "Qalatasaray" klubuna vurub. Ölkə çempionatında ilk qolunu isə 1995-ci ilin avqustunda Aston Villa klubuna qarşı keçirilən oyunda vurub. İngilis klubunda 265 oyuna 62 qol vurub. O, klubla 6 dəfə ölkə çempionu olub, 2 dəfə İngiltərə Kubokunu qazanıb və UEFA Çempionlar Liqasının qalibi olub.

Preston Nort End (icarə)

Bekhem 1994–1995-ci illərdə "Preston Nort End"də top qovub. Bekhem bu klubda 5 oyun keçirib və 2 qol vurub.

Real Madrid

2003-cü ildə Bekhem "Real Madrid" klubuna 35 milyon avro qarşılığında transfer olunub. "Real Madrid"in heyətində 1 dəfə İspaniya çempionluğunu, 1 dəfə İspaniya Superkubokunu qazanıb. O, klubun heyətində 116 oyunda 13 qol vurub.

Los-Anceles Qalaksi

Devid Bekhemin 2007-ci ildə ABŞ-nin "Los-Anceles Qalaksi" komandası ilə 5 illik müqavilə bağlayıb. "Los-Anceles"in heyətində 2 dəfə MLS Kubokuna sahib olub. Bu klubun heyətində ingilis yarımmüdafiəçi 6,5 milyon dollar qazanırdı. 2011-ci ilin dekabrında Bekhemin müqaviləsi başa çatıb və o, bu klubla yenidən 2 illik müqavilə imzalayıb. 2011-ci ilin yanvar-fevral aylarında yaranmış fasilə ilə əlaqədar olaraq formasını saxlamaq üçün yenidən öz ölkəsinə qayıtmışdı. Təxminən 6 həftə "Tottenhem Hotspur" klubunda hazırlıq keçmişdi. Bekhemin "Los-Anceles Qalaksi" klubunda son oyunu Houston Dinamo klubu ilə olub. O, bu oyunda son saniyələrdə əvəzlənib. Bu klubun heyətində Devid Bekhem 98 oyun keçirib və 18 qol vurub. 2012-ci ilin əvvəlində "Los-Anceles Qalaksi" klubundan ayrılıb.

Milan (icarə)

"Los-Anceles Qalaksi"də çıxış etdiyi müddətdə Bekhem 2 dəfə 2009, 2010-cu illərdə 3 aylıq İtaliya "Milan"ında icarə əsasında çıxış edib. 2009-cu ildə "Milan"ın heyətində 18 oyun keçirib 2 qol vurub, 2010-cu ildə isə 10 oyun keçirib, qol vurmayıb. Devid Bekhem Milanın heyətində 2 dəfə İtaliya çempionatının bürünc medalını qazanıb.

PSJ

"Bəli, bu oyun mənim üçün sonuncu idi. Hərçənd çempionatın daha bir turu var. Gəlin baxaq görək vəziyyət necə olacaq. Mən emosiyalarımı və həyəcanımı saxlamağa çalışdım, lakin son 25 dəqiqədə bunu etməyə mənim üçün artıq ağır idi. Partnyorlar mənə elə münasibət göstərdilər ki, guya biz artıq 10 il birlikdə oynayırıq. Mənim dostlarım, mənim ailəm stadionda idilər. Bu xüsusi bir axşam idi"

Los-Anceles Qalaksi klubundan ayrıldıqdan sonra Bekheme "Anji", "Milan", "Arsenal" və başqa klublar müqavilə təklif edib, amma Bekhem 2013-cü ildə Fransanın "Pari Sen-Jermen" klubu ilə beş aylıq müqavilə imzalayıb. "PSJ" futbolçuya 2012-ci ildə 18 aylıq müqavilə qarşılığında 11,6 milyon funt sterlinq təklif etmişdi, lakin həmin vaxt tərəflər razılığa gələ bilməmişdi. Bekhem "PSJ"-dən aldığı maaşı kimsəsiz uşaqlar üçün işləyən yardım qurumlarına bağışlayıb. Bu klubun heyətində Bekhem 1 dəfə Fransa çempionu olub. Karyerasını bu klubda 2013-cü ildə başa vurub. Karyerasında son oyunu 18 may 2013-cü ildə Fransa çempionatında "PSJ" – "Brest" matçı olub. "PSJ"-nin 3–1 hesablı qələbə qazandığı bu oyunda Bekhem əsas heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib. Son oyundan sonra Bekhem bu sözləri deyib:

"PSJ" 38 yaşlı oyunçu ilə daha bir ilik müqavilə imzalamaq istəsə də, Bekhem futbol oynamaq istəmədiyini bildirib.

Statistika

Mənbə:

Klub Mövsüm Liqa Ölkə kubok Qitə yarışı Başqa Cəmi
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Mançester Yunayted 1992/93 0 0 1 0 0 0 0 0 1 0
1993/94 0 0 0 0 0 0 0 0 0 0
1994/95 4 0 5 0 1 1 0 0 10 1
1995/96 33 7 5 1 2 0 0 0 40 8
1996/97 36 8 2 1 10 2 1 1 49 12
1997/98 37 9 4 2 8 0 1 0 50 11
1998/99 34 6 8 1 12 2 1 0 55 9
1999/00 31 6 0 0 12 2 5 0 48 8
2000/01 31 9 2 0 12 0 1 0 46 9
2001/02 28 11 1 0 13 5 1 0 43 16
2002/03 31 6 8 2 13 3 0 0 52 11
Cəmi 265 62 36 7 83 15 10 1 394 85
→  Preston Nord End 1994/95 5 2 0 0 - - 0 0 5 2
Cəmi 5 2 0 0 0 0 0 0 5 2
Real Madrid 2003/04 32 3 5 2 7 1 2 1 46 7
2004/05 30 4 0 0 8 0 0 0 38 4
2005/06 31 3 6 1 7 1 0 0 44 5
2006/07 23 3 2 1 6 0 0 0 31 4
Cəmi 116 13 13 4 28 2 2 1 159 20
Los-Anceles Qalaksi 2007 5 0 0 0 2 1 0 0 7 1
2008 25 5 0 0 0 0 2 0 27 5
2009 15 2 0 0 0 0 0 0 15 2
2010 10 2 0 0 0 0 0 0 10 2
2011 30 2 0 0 6 0 0 0 36 2
2012 30 7 0 0 1 1 0 0 31 8
Cəmi 115 18 0 0 9 2 2 0 126 20
→  Milan 2008/09 18 2 0 0 2 0 0 0 20 2
2009/10 11 0 0 0 2 0 0 0 13 0
Cəmi 29 2 0 0 4 0 0 0 33 2
Pari Sen-Jermen 2012/13 10 0 2 0 2 0 0 0 14 0
Cəmi 10 0 2 0 2 0 0 0 14 0
Cəmi 540 97 51 11 126 19 14 2 731 129

Milli komanda karyerası

Bekhem kapitan kimi İngiltərənin heyətində
Bekhem kapitan kimi İngiltərənin heyətində

Devid Bekhem İngiltərə milli futbol komandasının heyətində ilk oyunu 1 sentyabr 1996-cı ildə Moldovaya qarşı keçirmişdir. Devid Bekhem İngiltərə yığmasının heyətində 2010-cu il dünya çempionatında zədələndiyi üçün iştirak edə bilməmişdi. Buna baxmayaraq Bekhem İngiltərə yığmasına dəstək olmaq üçün 2010-cu ildə Cənubi Afrikada təşkil olunan Dünya Çempionatına getmişdi. Mundialdan sonra futbolçu öz oyunu ilə layiq olduğu vaxt yığmaya dəvət almaq istədiyini söyləyib, amma 2010-cu ilin avqustunda Fabio Kapello Devid Bekhemin İngiltərə millisində çıxış etmək üçün çox yaşlı olduğunu açıqlayıb. İtaliyalı mütəxəssisin fikrincə, 35 yaşlı yarımmüdafiəçininnin yığmada gələcəyi yoxdur. Devid Bekhem 2012-ci ildə Londonda təşkil olunan Yay Olimpiya Oyunlarında İngiltərə millisinin heyətində oynamaq istəyirdi. Olimpiya oyunları üçün baş məşqçi Stüart Pirs Bekhemin də daxil olduğu 80 futbolçu arasından seçim etdi. Lakin Bekhem Olimpiya millisinin heyətinə düşə bilmədi. Devid Bekhem İngiltərə yığmasında 115 oyunda 17 qola imza atıb. Bekhem yığmanın heyətində son matçına 2009-cu ilin oktyabr ayında İngiltərənin Belarusu 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada çıxıb. 2000–2006-cı illərdə 58 matçda İngiltərə yığmasının kapitanlığını edib.

Milli komandada vurduğu qollar

# Tarix Yer Rəqib Hesab Nəticə Yarış Mənbə
1 26 iyun 1998 Feliks Bolart stadionu, Lans Kolumbiya 2–0 2–0 FİFA Dünya Kuboku 1998
2 24 mart 2001 Enfild, Liverpul Finlandiya 2–1 2–1 2002 FİFA Dünya Kuboku seçmə oyunları
3 25 may 2001 Prayd Park, Derbi Meksika 3–0 4–0 Yoldaşlıq görüşü
4 6 iyun 2001 Olimpiya stadionu, Afina Yunanıstan 2–0 2–0 2002 FİFA Dünya Kuboku seçmə oyunları
5 6 oktyabr 2001 Old Trafford, Mançester Yunanıstan 2–2 2–2 2002 FİFA Dünya Kuboku seçmə oyunları
6 10 noyabr 2001 Old Trafford, Mançester İsveç 1–0 1–1 Yoldaşlıq görüşü
7 7 iyun 2002 Sapporo Doum, Sapporo Argentina 1–0 1–0 FİFA Dünya Kuboku 2002
8 12 oktyabr 2002 Tehelne pole, Bratislava Slovakiya 1–1 2–1 UEFA Avropa Kuboku seçmə oyuları
9 16 oktyabr 2002 Sent Meris Stadionu, Sauthempton Makedoniya 1–1 2–2 UEFA Avropa Kuboku seçmə oyuları
10 29 mart 2003 Reynpark Stadionu, Vaduts Lixtenşteyn 2–0 2–0 UEFA Avropa Kuboku seçmə oyuları
11 2 aprel 2003 Stadion of Layt, Sanderlend Türkiyə 2–0 2–0 UEFA Avropa Kuboku seçmə oyunları
12 20 avqust 2003 Portman Road, İpsuiç Xorvatiya 1–0 3–1 Yoldaşlıq görüşü
13 6 sentyabr 2003 II Filip Beynəlxalq Arena, Skopye Makedoniya 2–1 2–1 UEFA Avropa Kuboku seçmə oyuları
14 18 avqust 2004 Sent Ceyms Park, Nyukasl Ukrayna 1–0 3–0 Yoldaşlıq görüşü
15 9 oktyabr 2004 Old Trafford, Mançester Uels 2–0 2–0 FİFA Dünya Kuboku 2006 seçmə oyunları
16 30 mart 2005 Sent Ceyms Park, Nyukasl Azərbaycan 2–0 2–0 FİFA Dünya Kuboku 2006 seçmə oyunları
17 25 iyun 2006 Mercedes-Benz Arena, Ştutqart Ekvador 1–0 1–0 FİFA Dünya Kuboku 2006

Statistika

İngiltərə milli komandası
İl Oyun Qol
1996 3 0
1997 9 0
1998 8 1
1999 7 0
2000 10 0
2001 10 5
2002 9 3
2003 9 4
2004 12 2
2005 9 1
2006 8 1
2007 5 0
2008 8 0
2009 8 0
Cəmi 115 17

Uğurlar

Mançester Yunayted
Real Madrid
Los-Anceles Qalaksi
  • MLS Kuboku (2): 2011, 2012
  • MLS Supporters Shield (2): 2010, 2011
  • MLS Qərb Konfransı
    • Qalib (Dövrəli çempionat) (3): 2009, 2010, 2011
    • Qalib (Pley offlar) (3): 2009, 2011, 2012
Pari Sen-Jermen
  • Ligue 1 (1): 2012–13

Beynəlxalq

İngiltərə
  • Turdir de Frans: 1997
  • FA Yay Turniri: 2004

Şəxsi

  • İngiltərə Premyer Liqası Ayın oyunçusu (1): avqust 1996
  • İngiltərədə ilin gənc oyunçusu (1): 1996–97
  • Futbol yazıçıları birliyi mükafatı: 2008
  • Sir Matt Basbi İlin oyunçusu (1): 1996–97
  • İngiltərədə ilin oyunçusu: 2003
  • UEFA ilin oyunçusu (1): 1998–99
  • UEFA ilin yarımmüdafiəçisi (1): 1998–99
  • Premyer Liqada 10 mövsüm mükafatı (1992-93-2001-02):
    • Onilliyin komandası
    • Onilliyin qoli (Uimledon, 17 avqust 1996)
  • BBC ilin idmançısı (1): 2001
  • UEFA ilin komandası: 2001, 2003
  • Real Madriddə ilin oyunçusu (1): 2005–2006
  • İngiltərədə ilin komandası (4): 1996–97,1997–98,1998–99,1999–2000
  • FİFA 100
  • ESPY mükafatları – İlin kişi futbol oyunçusu: 2004
  • ESPY mükafatları – Ən yaxşı MLS oyunçusu: 2008
  • İngiltərə futbolu şərəf zalı: 2008
  • BBC ilin idman adamı (1): 2010
  • MLS ilin qayıdışı mükafatı (1): 2011
  • MLS ən yaxşı 11-lik: 2011
  • ESPY mükafatları: Ən yaxşı MLS oyunçusu: 2011

Digər mükafatlar

  • II Elizabet tərəfindən Britaniya imperiyasının zabiti mükafatı: 2003
  • UNICEF-in xoşməramlı səfiri (2005–hal hazırda)
  • "Britaniyanın ən böyük səfiri" – Dahi ingilislər mükafatı
  • 100 Məşhur reytinqində 15-ci – Forbes, 2007
  • Böyük Britaniyada 40 yaşına çatmamış ən nüfuzlu 40 kişi arasında 1-ci – Arena, 2007
  • Ən nüfuzlu 100 adam, Time jurnalının versiyasına görə: 2008
  • Qızıl Blue Peter nişanı qalibi, 2001
  • Do Something atlet mükafatı, 2011

Faktlar

  • Dörd müxtəlif ölkədə çempion olan ilk ingilis oyunçudur (İngiltərə, İspaniya, ABŞ, Fransa);
  • Üç dünya çempionatında qol vuran ilk ingilis oyunçudur;
  • Çempionlar liqasında 100 oyun oynayan ilk britaniyalı futbolçudur;
  • Avropa çempionatları finalları tarixində ən çox məhsuldar ötürmə edən oyunçudur;
  • İngiltərənin Dünya çempionatından son qələbəsindən sonra Dünya çempionatlarında ən çox forma geyinən oyunçudur;
  • İngiltərə Premyer Liqası tarixində ən çox məhsuldar ötürmə edən 3-cü oyunçudur.

Futboldan kənar fəaliyyəti

Bekhem 2009-cu ildə
Bekhem 2009-cu ildə

Bekhem futbolçu olduğu vaxtda "Qol", "Qol2", "Bekhem kimi oyna" və "Zidan — 21-ci əsrin portreti" və "Real" sənədli filmlərində çəkilib. Devid Bekhem Elton Con QİÇS Fondunun himayədarlarından biridir. 17 yanvar 2007-ci ildə Bekhem xərçəng xəstəliyindən əziyyət çəkən 19 yaşlı kanadalı Rebeka Constona zəng edib və daha sonra ona Real Madridin imzalı formasını göndərib. Bekhem həmçinin UNİCEF-in xoşməramlı səfiridir.

Döymələr

Bekhemin bədənində ilk döymə 1999-cu ildə müşahidə olunmuşdu. Spice Girlsun sabiq solisti Viktoriya ilə nikahdan ilk oğlu Bruklin anadan olanda o, oğlunun adını qotik xətlə belinə yazdırmışdı. Daha sonra isə tatuların sayı sürətlə artdı. Onun bədənində digər oğullarının, həyat yoldaşı Viktoriyanın hind dilində yazılmış adı var. Viktoriya ilə toyunun ildönümündə Devid sağ çiyninə yəhudi dilində daha bir fraza əlavə edir:אני לדודי ודודי לי הרעה בשושנים (azərb. Bu qadın mənə məxsusdu, mən isə o qadına məxsusam‎).

Xarici keçidlər

  • Devid Bekhem Rəsmi sayt
  • Devid Bekhem — FİFA.com Arxivləşdirilib 2012-06-22 at the Wayback Machine
  • Devid Bekhem — UEFA.com
  • Devid Bekhem — National Football Teams
  • Devid Bekhem — RealMadrid.com
  • Devid Bekhem — ManUtd.com
  • Devid Bekhem — Mlssoccer.com
İdman titulları
Əvvəlki:
Alan Şirer
İngiltərə komandası kapitanı
Noyabr 2000-2006
Sonrakı:
Con Teri
Əvvəlki:
Landon Donovan
Los-Anceles Qalaksi kapitanı
2007-2008
Sonrakı:
Landon Donovan

Read next

In 118 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article