Desen-1(C10H20) - doymamış karbohidrogenlər – alkenlər sinfinə aid olan düzxətli quruluşa malik doymamış karbohidrogendir. O, 10 karbon atomuna, eləcə də 20 hidrogen atomuna malik bu sinfin tipik nümayəndəsidir.
Fiziki xassələri
Desen-1 suda həll olmayan, etanolda və dietil efirində həll olan rəngsiz mayedir.
Tətbiqi
Desen-1 motor yaglarının və E907 qida əlavəsinin istehsalında istifadə olunan polimerləşdirilmiş desenin istehsalında tətbiq olunur.
Alınması
Bu karbohidrogen, əsasən, termiki krekinq yolu ilə alınır. Onu almaq üçün ilkin maddə kimi eykozan (C20H42) istifadə olunur. Reaksiya ümumi şəkildə belədir: C20H42 −(t, Pt)→ C10H22 (dekan) + C10H20 (desen).
Mənbə
- Свойства органических соединений: Справочник. — Под ред. Потехина А. А. — Л.: Химия, 1984. — С. 200-201.