factograf
AZ

Amerikan alternativ metal qrupu

Deftones

Deftones

Key facts

yaranma tarixi1988
anlayışın sinfirok qrupu
janralternativ metal
All data from the card 8
Üslub
alternativ metal, nyu-metal
Fəaliyyət illəri
1988–
Ölkə
Sakramento, ABŞ
Dil
ingilis dili
Leybl
Warner Music Group[d]
Heyət
Stefen KarpenterEyb KanninqemÇino MorenoFrenk Delqado
Keçmiş üzvlər
Dominik QarsiaÇi ÇenqCon TeylorSerxio Veqa
Digər layihələr
Team Sleep Crosses Palms Phallucy Sol Invicto Kush Saudade Decibel Devils

Deftones — 1988-ci ildə Kaliforniyanın Sakramento şəhərində qurulmuş amerikan alternativ metal qrupu.

Deftones yaranmasından bu günə kimi doqquz albom buraxmışdır. Qrup ilk albomu "Adrenaline"ni Maverick Records ilə müqavilə bağladıqdan bir müddət sonra 1995-ci ildə yayımlamışdır. Onlar albomu tanıtmaq məqsədilə konsert səfərlərinə çıxmış və bu sayədə çox sayda pərəstişkar kütləsi yığmağı bacarmışdılar. Onların 1997-ci ildə buraxdığı ikinci albomu "Around the Fur" hit olduqdan sonra RIAA tərəfindən sertifikata layiq görülmüşdür. Qrup 2000-ci ildə yayımladığı üçüncü albomu "White Pony" ilə uğurunu daha da artırmışdır, albomun sinqlı "Change (In the House of Flies)" hit-paradlarda zirvəyə çıxmış, "Elite" treki isə "Ən yaxşı metal performansı" nominasiyasında "Qremmi" mükafatı qalibi olmuşdur. Deftones 2003-cü ildə öz adını daşıyan dördüncü albomunu buraxaraq əvvəlki uğurlarına davam etmişdir.

Yaranması

Karpenter, Moreno və Kanninqem Sakramento şəhərindəki C. K. McClatchy High School məktəbində təhsil alırdılar
Karpenter, Moreno və Kanninqem Sakramento şəhərindəki C. K. McClatchy High School məktəbində təhsil alırdılar

İlk İllər (1988–1993)

Stefen Karpenter 15 yaşında skeytbord sürərkən onu avtomobil vurmuşdu. O, bu hadisə nəticəsində aylarca əlil arabasında qalmalı oldu, bu müddət ərzində o, Anthrax, Stormtroopers of Death və Metallica kimi treş metal qruplarını dinləyərək öz-özünə gitara çalmağı öyrənmişdi. Şəhərdə qəzanı törədən sürücünün Stefenə pul ödədiyi və bu sayədə qrup üzvlərinin sonralar musiqi avadanlıqları aldığı ilə bağlı şaiyələr yayılmışdı, lakin qrupun üzvü Eyb Kanninqem 2007-ci ildə verdiyi müsahibədə bu xəbəri təkzib etdi.

Karpenter Kanninqem və Moreno yaxın dost idilər və eyni məktəbdə oxuyurdular. Üçlük vaxtını Sakramentoda skeytbord sürərək keçirirdi. Karpenter metal pərəstişkarı idi, dostu Moreno isə Depeche Mode və The Cure kimi musiqi qruplarını dinləməkdən zövq alırdı. Moreno Karpenterin gitara çala bildiyini öyrənəndə, təbil çalmağı bacaran Kanninqemi bir araya gətirərək 1988-ci ildə qarajda məşq etməyə başladılar. Onlar bu əsnada bas çala bilən Dominik Qarsiyanı qrupa dəvət edərək dörd nəfərdən ibarət oldular.

Diskoqrafiya

Read next

In 60 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article