factograf
AZ

Daniele Massaro

Daniele Massaro

Key facts

doğum tarixi23 may 1961
hündürlüyü/boyu177cm
fəaliyyətifutbolçu
doğum yeriMonsa
kütlə74 kg
All data from the card 6
Doğum tarixi
23 may 1961 (65 yaş)
Doğum yeri
Monsa, Monsa və Briansa əyaləti, Lombardiya, İtaliya
Vətəndaşlığı
İtaliya
Boyu
177 sm
Çəkisi
74 kq
Mövqeyi
hücumçu

Daniele Massaro (it. Daniele Massaro; 23 may 1961, Monsa, Lombardiya) — İtalyalı keçmiş peşəkar futbolçu, mövqeyi hücumçu olub. İtaliya millisiylə Dünya çempionu olub. Daha çox "Milan" klubunda oynaması ilə tanınır. İndi "Milan"ın ictimaiyyətlə əlaqələr üzrə meneceridir.

Karyerası

Karyerasına B seriyasında yarışan "Monza" klubunda oynamaqla başlayır. Burada komanda yoldaşı Paolo Monelli ilə birlikdə əla oyun göstərərək daha böyük klubların diqqətini çəkir.

1981-ci ildə Monelli ilə birlikdə "Fiorentina" klubuna keçir. Yeni klub ilə 13 sentyabrda A Seriyasında debüt edir və 10 gün sonra İtaliyanın gənclər komandasının heyətində ilk oyununu keçirir.

1986-cı ildə "Milan"a gedir və burada 1995-ci ilə qədər 300-dən çox oyun keçirdir (1988/89 mövsümünü icarə əsasında "Roma" klubunda keçirdir) və Arriqo Sakki və Fabio Kapellonun rəhbərliyi altında 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində əfsanəvi "Milan"ın bir hissəsi olur.

1995-ci ildə o, "Milan"ı tərk edir və karyerasının sonuna kimi Yaponiyanın "Shimizu S-Pulse" komandasında oynayır.

Titulları

Milan

Milli komanda

Read next

In 53 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article