factograf
AZ
Sign in

Corc Monbio

Corc Monbio
All data from the card 5
Doğum tarixi
27 yanvar 1963 (63 yaş)
Doğum yeri
Kensinqton, Birləşmiş Krallıq
Uşağı
2
Təhsili
Brasenos Kolleci[d]
Fəaliyyəti
jurnalist, mühazirəçi[d], yazıçı, ətraf mühit fəalı[d]


Corc Monbio (ing. George Monbiot; 27 yanvar 1963, Kensinqton) — britaniyalı jurnalist, yazıçı, ekoloji və siyasi fəal. O, The Guardian qəzetində müntəzəm köşə yazıları yazır və bir neçə kitabın müəllifidir.

Monbio Oksfordşirdə böyümüş və Oksford Universitetində zoologiya ixtisası üzrə təhsil almışdır. Daha sonra o, araşdırma jurnalistikası sahəsində karyerasına başlamış və 1989-cu ildə "Poisoned Arrows" adlı ilk kitabını nəşr etdirmişdir. Bu kitab Qərbi Papua bölgəsində insan haqları məsələlərinə həsr olunmuşdur.

Sonrakı illərdə Monbio iqlim dəyişikliyi, Britaniya siyasəti və sosial təcrid (yalnızlıq) kimi müxtəlif mövzularda fəallıq və təşviqat işləri ilə məşğul olmuşdur. O, "Feral" (2013) kitabında "rewilding" (təbiətin öz-özünü bərpa etməsi) ideyasını müdafiə etmiş və bu anlayışın genişləndirilməsini dəstəkləmişdir.

O, həmçinin The Land is Ours adlı təşkilatın qurucusudur. Bu təşkilat Böyük Britaniyada insanların kənd yerlərinə və təbii resurslara çıxış hüququ uğrunda mübarizə aparır.

Monbio 1995-ci ildə Global 500 mükafatına, 2022-ci ildə isə Oruell Mükafatına layiq görülmüşdür.

Karyerası

Zoologiya ixtisası üzrə məzun olduqdan sonra Monbio BBC Natural History Unit-ə qoşularaq radio prodüseri kimi fəaliyyət göstərmiş, təbiət və ətraf mühitlə bağlı proqramlar hazırlamışdır. Daha sonra BBC World Service-ə keçərək qısa müddət aktual hadisələr üzrə prodüser və aparıcı kimi çalışmış, lakin ilk kitabını araşdırmaq və yazmaq üçün BBC-dən ayrılmışdır.

Araşdırmaçı jurnalist kimi Monbio İndoneziya, Braziliya və Şərqi Afrikaya səfərlər etmişdir. Onun fəaliyyəti nəticəsində yeddi ölkədə "persona non grata" (arzuolunmaz şəxs) elan edilmiş və İndoneziyada qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilmişdir.

Bu ölkələrdə olarkən o, atəşə tutulmuş, hərbi polis tərəfindən amansızcasına döyülmüş və həbs olunmuş, gəmi qəzasına düşmüş və eşşəkarıları tərəfindən sancılaraq zəhərlənmiş koma vəziyyətinə düşmüşdür.

O, Keniyanın şimal-qərbindəki Lodwar General Hospital-da beyin malyariyasına yoluxduqdan sonra kliniki ölüm keçirmiş, lakin sağ qalaraq Britaniyaya qayıtmış və fəaliyyətini orada davam etdirmişdir.

Monbio Britaniya yollarında etiraz hərəkatına qoşulmuş və tez-tez mətbuata müsahibə verməyə dəvət olunmuşdur. Bunun nəticəsində o, Green Anarchist və Class War kimi qruplar tərəfindən "media tart" (mediada görünmək həvəsində olan şəxs) adlandırılaraq tənqid olunmuşdur.

O, mühafizəçilər tərəfindən amansızcasına döyüldüyünü və hücuma məruz qaldığını iddia edir. Onların ayağına metal tikan batıraraq orta metatarsal sümüyünü qırdıqlarını bildirir. Aldığı xəsarətlər nəticəsində o, xəstəxanaya yerləşdirilmişdir. BMT-nin keçmiş diplomatı Ser Krispin Tikell, həmin dövrdə Oksford Universitetinin Yaşıl kollecində rəhbərlik edirdi və Monbiona Visiting Fellow (dəvətli tədqiqatçı) statusu vermişdir.

2012-ci ilin noyabrında, Monbio Lord MakElpayndan üzr istəmişdir. O, bir tweet-də Mühafizəkarlar Partiyasının üzvünü pedofiliyada ittiham etdiyinə görə bunu "axmaqlıq və düşüncəsizlik" adlandırmışdır.

2014-cü ildə, Monbio yalnızlıq mövzusunda məqalə yazmışdır. Bu, musiqiçi Evan Maklennan ilə əməkdaşlığa gətirib çıxarmışdır. Onlar birlikdə 2016-cı ilin oktyabrında "Breaking the Spell of Loneliness" adlı albom buraxmış və daha sonra Böyük Britaniya üzrə turtəşkil etmişlər. Folk Radio albomu "valehedici", "hər mahnının insanlığımızın məhv edilməsi və onu necə bərpa etmək lazım olduğu haqqında qısa, düşüncəyə sövq edən bir esse" adlandırmışdır.

Monbio 2013-cü ildə TED danışığında ekosistemlərin və landşaftın bərpası ("rewilding") haqqında çıxış etmişdir. Bu çıxış "How Wolves Change Rivers" adlı videonun əsasını təşkil etmiş və Monbio onu səsləndirmişdir.

2019-cu ildə, Monbio Qreta Tunberq ilə birlikdə "Nature Now" adlı videoda aparıcı olmuşdur. Bu video təbiət əsaslı iqlim həllərinə həsr olunmuşdur.

2021-ci ildə, o, Netflix-in "Seaspiracy" sənədli filmində çıxış etmiş və onu tənqidlərdən müdafiə etmişdir. Film dəniz həyatına və balıqçılığın təsirlərinə diqqət çəkir.

Həmin il Monbio "Riverside" adlı canlı sənədli film yaratmışdır. Film Böyük Britaniyanın çaylarının, xüsusilə Uay çayının acınacaqlı vəziyyətini göstərir.

2022-ci ilin əvvəllərində, "Don't Look Up" filmi haqqında danışarkən Monbio Yer kürəsinin qorunması uğrunda mübarizənin çətinliyini və ümumi hərəkətsizliyin ona mane olduğunu izah etmişdir.

2024-cü ildə, Monbio "I Could Never Go Vegan" adlı Britaniya sənədli filmində iştirak etmişdir.

Seçilmiş əsərləri

  • (1989). Poisoned Arrows: An investigative journey through the forbidden lands of West Papua. London: Abacus. ISBN 0-7181-3153-3
  • (1991). Amazon Watershed: The new environmental investigation. London: Abacus. ISBN 0-7181-3428-1
  • (1992). Mahogany is Murder: Mahogany Extraction from Indian Reserves in Brazil. ISBN 1-85750-160-8
  • (1994). No Man's Land: An Investigative Journey Through Kenya and Tanzania. Picador. ISBN 0-333-60163-7
  • (2000). Captive State: The Corporate Takeover of Britain. Macmillan. ISBN 0-333-90164-9
  • (2003). The Age of Consent. Flamingo. ISBN 0-00-715042-3
  • (2004). Manifesto for a New World Order. The New Press. ISBN 1-56584-908-6
  • (2006). Heat: How to Stop the Planet Burning. Allen Lane. ISBN 0-7139-9923-3
  • (2008). Bring on the Apocalypse: Six Arguments for Global Justice. Atlantic Books. ISBN 978-1-84354-858-4
  • (2013). Feral: Searching for Enchantment on the Frontiers of Rewilding. London: Penguin Books. ISBN 978-1-84614-748-7
  • (2016). How Did We Get into This Mess?: Politics, Equality, Nature. London: Verso.
  • (2017). Out of the Wreckage: A New Politics for an Age of Crisis. London: Verso. ISBN 978-1-78663-289-0
  • (2022). Regenesis: Feeding the World without Devouring the Planet. London: Penguin Books. ISBN 978-0143135968
  • (2024). The Invisible Doctrine: The Secret History of Neoliberalism (& How It Came to Control Your Life). ISBN 978-0-241-63590-2

Xarici keçidlər

  • monbiot.com — Monbiot.comun rəsmi saytı
  • George Monbiot on The Guardian
  • George Monbiot archives - Huck Magazine
  • Review of Regenesis - Profile

In 21 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article