factograf
AZ

Cona Hill

Cona Hill

Key facts

doğum tarixi20 dekabr 1983
təhsiliYeni məktəb (Nyu-York)
fəaliyyətikomediyaçı, film prodüseri, səsləndirmə aktyoru
doğum yeriLos-Anceles
All data from the card 8
Doğum adı
Jonah Hill Feldstein
Doğum tarixi
20 dekabr 1983 (42 yaş)
Doğum yeri
Los-Anceles, Kaliforniya, ABŞ
Uşağı
1
Fəaliyyəti
komediyaçı, film prodüseri, səsləndirmə aktyoru[d], ssenarist, yazıçı, televiziya aktyoru, kino aktyoru, kinorejissor
Fəaliyyət illəri
2004-cü ildən
Təhsili
Yeni məktəb (Nyu-York),Bard Kolleci[d],Boulder Kolorado Universiteti,Crossroads School[d],The Center for Early Education[d]
IMDb
ID1706767

Cona Hill (ing. Jonah Hill; 20 dekabr 1983, Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru. Ən çox komediya filmlərindəki rolları ilə tanınır. Onun çəkildiyi məşhur filmlərə "Superpis", "Get Him to the Greek", "21 Jump Street", "Bu, sondur" və "22 Jump Street" daxildir. Aktyor "Moneyball" və "Uoll-strit canavarı" filmlərindəki performansına görə "Oskar" mükafatına namizəd göstərilib. Cona Hill rejissorluq debütünü 2018-ci ildə "90-cı illərin ortası" filmi ilə etmişdir.

Həyatı

Cona Hill 20 dekabr 1983-cü ildə Los-Ancelesdə anadan olub. Onun anası Şeron Lin dəb dizayneridir, atası Riçard Feldşteyn isə Guns N' Roses qrupu üçün mühasib işləmişdir. Conanın aktrisa olan Bini Feldşteyn adlı kiçik bacısı var. Onların böyük qardaşı Cordan Feldşteyn, Robin Tik və Maroon 5 kimi musiqiçilər üçün menecerlik edirdi. Cordan 2017-ci ildə qəflətən vəfat etmişdir. Onların valideynləri əslən Nyu-York ştatının Lonq-Aylend şəhərindəndirlər. Cona uşaq yaşlarında valideynləri ilə birlikdə tətil üçün Ketskill dağlarına gedirdi.

Cona Hill imkanlı ailədəndir və qardaş-bacısı ilə birlikdə Los-Ancelesdə yerləşən Cheviot Hills adlı dəbdəbəli məhəllədə böyümüşdür. Cona bu gün də orada yaşayır. O, Erkən Təhsil Mərkəzindən başlayaraq bir neçə fərqli məktəbə, Brentvud Məktəbinə və nəhayət Santa-Monikadakı Crossroads Məktəbinə getdi. Orta məktəbdə oxuduğu müddətdə Los-Ancelesdə yerləşən Westwood Bulvarındakı "Hot Rod Skateboard Shop" adlı skeytbord mağazasında işləyib.

O, 2002-ci ildə məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək üçün Yeni məktəb, Bard Kolleci və Boulder Kolorado Universitetində oxumağa davam etdi. Cona bu institutların heç birindən diplom almayıb.

Cona Hill yəhudidir və yəhudi dinində əlamətdar hadisə olan bar mitzva adlanan mərasim keçirib.

Filmoqrafiya

Read next

In 56 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article