factograf
AZ
Sign in

Con Lili

Con Lili

Key facts

doğum tarixi1554
ölüm tarixi18 noyabr 1606
təhsiliMaqdalin Kolleci
fəaliyyətidramaturq, yazıçı, romançı
doğum yeriKent qraflığı
ölüm yeriLondon
All data from the card 7
Doğum tarixi
1554
Doğum yeri
Kent qraflığı, İngiltərə, İngiltərə krallığı
Vəfat tarixi
18 noyabr 1606 (51–52 yaşında)
Vəfat yeri
London, İngiltərə krallığı
Dəfn yeri
London şəhəri[d]
Təhsili
Maqdalin Kolleci[d],Kembric Universiteti,Oksford Universiteti
Fəaliyyəti
dramaturq, romançı, siyasətçi, aktyor

Con Lili (1554, Kent qraflığı – 18 noyabr 1606, London) — ingilis bədii nəsrinin və dramaturgiyasının görkəmli nümayəndələrindən və Şekspirin sələflərindən biri olmuşdur.

Həyatı

O, "Universitet"(humanitar biliklər) yazıçıları qrupuna daxil olan "alim" dramaturq idi.

Yaradıcılığı

Con Lilinin yaradıcılığının tədqiqatçısı R.Uorrik Bond onun haqqından yazır: "O, kəskin üslub hissəsinə malik idi, o, ilk dəfə olaraq ingilislərə başa saldı ki, nəsr-sənətdir. O, birinci ingilis romançısı idi". Con Lilinin qəhrəmanları və təsvir etdiyi şərait şərtidir. C.Lili əsasən saray səhnəsi üçün nəzərdə tutulmuş pastoral və mifoloji süjetli komediyalar və romanlar yazmışdır. Onun belə əsərlərindən "Kampaspa", "Safo və Faun", "Endimion", "Midas", "Bombi ana", "Qalateya", "Ayda qadın" kimi dramlarını göstərmək olar.

Əsərləri

  • "Kampaspa"
  • "Safo və Faun"
  • "Endimion"
  • "Midas"
  • "Bombi ana"
  • "Qalateya"
  • "Ayda qadın"

"Kampaspa"komediyası

Komediyanın mərkəzində İsgəndər obrazı durur. Dünyanın yarısına hökmranlıq edən Makedoniyalı İsgəndər artıq hərbi yürüşləri dayandırmaq, öz sarayına məşhur filosofları toplamaq qərarına gəlir. O, saraya filosofları, o cümlədən, Aristoteli və Platonu dəvət edir. Aristotel Makedoniyalı İsgəndərin elmdə də böyük güc sahibi olması və bu sahədə Allahlara bənzəmək istəməsi fikrini bəyənir və onu müdafiə edir. Diogen İsgəndərin dəvətini qəbul etmir. İsgəndər Diogenin yanına gəlir və görüşdən sonra İsgəndərdə də onun kimi insani ləyaqətə malik olmaq arzusu yaranır. Fivi fəth edəndən sonra İsgəndər əsirlərə baş çəkən zaman iki gözəl qıza rast gəlir. Timokleya İsgəndərə qarşı vuruşan döyüşçünün bacısı, Kampaspa isə İsgəndərin əsirlərindən biri idi. Kampaspanın təmkini, zahiri və batini gözəlliyini nümayiş etdirərək ləyaqəylə dayanması İsgəndəri valeh edir və rəssama onun portretini çəkmək sifarişini verir. Portretdə Kampaspa Venera şəklində təsvir olunmalıdır. Hefestion İsgəndərə xəbərdarlıq edir ki, Kampaspa onu sevməyə bilər. Kampaspa onun şəklini çəkən rəssama aşiq olur və son səhnədə aşiqlər öz hislərini açıq şəkildə bildirirlər. İsgəndər də yüksək iradə nümayiş etdirib xoşbəxt olmaları üçün bu gənclərə xeyir-dua verir. Faciəvi komediya (janr)nin digər qəhrəmanı rəssam Apellesdir. O, İsgəndərin əsiri olub. Tarixçi Plinin də qeyd etdiyi kimi Apelles(e.ə 370-306), həqiqətən, o dövrdə yaşamış, sonralar adı əfsanələşmiş istedadlı yunan rəssamı olmuşdur. O, Pamfilin şagirdi olmuş və yeganə rəssam idi ki, ona Makedoniyalı İsgəndərin şəklini çəkmək icazəsi verilmişdir. Lilinin pyesində Kampaspanın portreti üzərində işləyən Apelles İntibah dövrü üçün aktual olan incəsənətin məqsədləri və prinsipləri haqqında düşüncələrə dalır. Apelles deyir ki, onda olan rənglər kimi təmiz və təzə rənglər çətin ki, tapıla.

Read next

In 25 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article