factograf
AZ

Berkner

Berkner

Key facts

sahəsi43.873km²
dəniz səviyyəsindən yüksəkliyi869m
qitəAntarktida
inzibati-ərazi vahidiAntarktika Müqaviləsi sahəsi
All data from the card 6
Sahəsi
43 873,1 km²
Uzunluğu
320 km
Eni
150 km
Hündür nöqtəsi
869 m
Ölkə
Antarktida
Akvatoriya
Cənub okeanı Ueddell dənizi

Berkner adası — Hündür buzlaq adası olaraq Antarktida ərazisinə daxildir. Uzunluğu 320 km, eni 135 km təşkil edir. Ueddell dənizinin suları daxilində yerləşir.

Coğrafiyası

43 873,1 km² sahəyə malikdir. Bu ada Antraktidada I Aleksandr Torpağı adasından sonra ikincidir. Adaya Böyük Britaniya, Argentina və Çili ərazi iddiası irəli sürmüşdür. Ada cənub yarımkürrəsində qütbə ən yaxınıdır. Bəzən isə səhfən Ross adası olduğu deyilir. Bütünlüklə şelf buzlağı ilə əhatələnir və gəmi ilə adaya yaxınlaşmaq olmur. Adanın ucqar şimal nöqtəsi ilə açıq dəniz arasında cəmi 17 km məsafə vardır. Ən hündür nöqtəsi 869 m (digər mənbəyə görə, 975 m). Adada açıq şəkildə ikinqalxma müşahidə edilir. Şimalda Reynvartheh (698 м), , və cənubda Tissenheh (869 м), . Şimaldan cənuba üç buxta vardır: Makkartin buxtası, Roberts buxtası və Spilhaus buxtası. Şimalda isə Quld buxtası yerləşir. Ada materikdən 150 aralı yerləşir.

Tarixi

Berkner adası amerikan ekspedisiyası tərəfindən Beynəlxalq geofizika ili çərçivəsində Finn Ronne tərəfindən kəşf edilir. O, 1957-ci ilin oktyabrında Elsuort bazasından uçuş edərkən ordan cənub-qərbdə nəhəng ərazini əhatə edən yüksəklik aşkarladı.

1990-cı ildən ada qütb tətqiqatları aparmaq üçün əsas düşərgə rolunu oynayır.

Mənbə

  • Berkner adasının xəritəsi
  • Beynəlxalq geofizika ili çərçivəsində aparılan araşdırmalar. Arxivləşdirilib 2008-10-24 at the Wayback Machine

Read next

In 37 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article