Bakuman. (yap. バクマン。) — Death Note müəllifləri Tsuqumi Oba və Takeşi Obata tərəfindən yaradılmış manqa və eyni adlı anime serial.
Məzmun
Rəsm bacarığı olan Maşiro Moritakaya onun sinif yoldaşı Taqaki Akito birlikdə Yaponiyanın ən böyük manqakaları olmağa təklif edir. Maşiro bu yoluynan öz sevdiyi qız — Miho Azukiya ilə evlənmək istəyir, Taqaki isə öz yazıçı istedadı ilə ona kömək etməyə çalışır.
Media
Manqa
Manqanın birinci fəsili Weekly Shonen Jump jurnalında 2008-ci ilin avqustun 11-də çıxıb. Serialın sonuncu fəsili həmin jurnalda 2012-ci ilin aprelın 23-də çıxıb. Beləliklə, üzə çıxmış 176 fəsil 2009-cu ilin yanvarın 5-i və 2012-ci ilin iyulun 4-ü arasında nəşr olunmuş 20 cild tankobonlarda toplanmışdılar. Serialın bir nəçə fəsili Jumpland rəsmi saytında yapon, ingilis, fransız və alman dillərində çıxdı; birinci fəsil 2008-ci ilin avqustun 19-da çıxdı. Bu Shueisha nəşriyyatın xaricdə çap olunmuşdan əvvəl müxtəlif dillərdə online-a yüklədiyi birinci manqasıdır. 2010-cu ilin avqustun 8-də Weekly Shonen Jump jurnalında Bakuman manqasının personajı, Kazuya Hiramaru tərəfindən yazılmış Su samuru № 11 adlı manqasının 15 səhifəli one shot-u çıxdı. Avqustun 16-da isə həmin one shot Shonen Jump Next jurnalında çıxdı.
Anime
Manqasının əsasında 25 seriyalı anime serialın hazırlanması Weekly Shonen Jump jurnalının 2010 ilin 2-ci nömrəsində elan olundu. J. C. Staff tərəfindən yaradılmış serial NHK kanalında 2010-cu ilin oktyabrın 2-dən, 2011-ci ilin aprelin 2-nə qədər yayımlamışdı. 2010-cu ildə Weekly Shonen Jump elan etdi ki, ikinci mövsüm 2011-ci ilin payızında efirə çıxacaq; o, 2011-ci ilin oktyabrın 1-dən, 2012-ci ilin martın 24-də kimi yayımlamışdı. Sonuncu olan üçüncü mövsüm Weekly Shonen Jump jurnalın 2012-ci ilin 3/4-cü birləşdirmiş nömrəsində elan olunmuş və həmin ilin oktyabrın 6-dan, 2013-cü ilin martın 30-na dək yayımlamışdı.
Oyunlar
Nintendo DS üçün Bakuman videooyunu Namco Bandai Games tərəfindən nəşr olunmuşdu. Bu oyun Yaponiyada 2011-ci ilin dekabrın 15-də satışa çıxmış.
Film
2014 ilin may ayında elan edilmişdir ki, Bakuman film adaptasiyası çıxacaq. Film 2015-ci ildə üzə çıxmalıdır, onun rejissoru Hitoşi One, Takeru Sato Moritaka Maşiro, Rünosuke Kamuki isə Akito Takaqi rolunda olacaq.
Xarici keçidlər
- Bakuman. animesi NHK rəsmi saytında (yap.)
