BYD Co Ltd (ing. Build Your Dreams; hərf. "Xəyallarınızı qurun") — Avtomobil istehsalı ilə məşğul olan Çin şirkəti. Şirkətin mənzil qərargahı Çinin Şençjen şəhərində yerləşir. Şirkət 1995-ci ildə qurulub. Şirkətin qurucusu Van Çuanfudur.
"BYD"nin hal-hazırda 4 istehsal mərkəzi var. Bunlar Şençjen, Sian, Şanxay və Pekin şəhərlərində yerləşir.
Tarixi
1995-ci ildə qurulan şirkətin işçilərinin sayı ilk illər cəmi 30 nəfər olur.
2003-cu ildə şitkət Şensi əyalətində yerləşən "Qinchuan Avtomobil Şirkəti"ni satın alır. "BYD"-nin bu sövdələşməsindən sonra, "Qinchuan Avtomobil Şirkəti"nin istehsal etdiyi "Flyer" modeli "BYD"-yə miras qalır. "Flayer" modelinin "BYD" tərəfindən istehsalı 2008-ci ilə kimi davam edir.
Şirkətin özunun müstəqil hazırladığı ilk model "F3" modeli olur. Bu modellərin satışı, 2007-ci ilin birinci yarısında ayda 10 min ədədə çatır.
Şirkət məhsullarının itehsal gücunu və keyfiyyətini artırmaq üçun Şanxayda araşdırma və inkişaf mərkəzi qurur.
2010-cu ildə şirkət, elektrikavtomobillər bazarında dünyanın öncul şirkətlərindən biri olmaq barədə planlarını elan edir.
Model siyahısı
- BYD F0 — mini hetçbek
- BYD F3 — birinci nəsil sedan (2005-ci il modeli), yalnız üçüncü dünya ölkələrinin bazarlarına ixrac olunur
- BYD F3 — ikinci nəsil restayl edilmiş sedan (2014-cü il nümunəsi)
- BYD New F3 — üçüncü nəsil sedan (2016-cı il nümunəsi)
- BYD F5 — Su Rui F3 Uzun Platforma Sedan
- BYD e5 300 — Su Rui modelinə əsaslanan elektrikli vasitə (EV)
- BYD Qin — WTHEV hibrid güc aqreqatı olan sedan
- BYD EV300 — Qin modelinə əsaslanan elektrikli vasitə (EV)
- Daimler MFA platformasına əsaslanan DENZA — 400 EV modernləşdirilmiş elektrikli vasitə (EV) (Mercedes Benz B-class W246)
- BYD Yuan — HEV hibrid güc aqreqatı ilə kompakt SU1
- BYD Song — HEV hibrid güc aqreqatı olan S3 kompakt krossover
- BYD S6 — tam ölçülü krossover
- BYD Tang, S6 bazlı bir HEV hibrid krossoveridir
- BYD S7 tam ölçülü bir premium krossoverdir
- BYD M6 — mikroavtobus
- BYD e6 — kompakt van elektrikli vasitə (EV), 400 km-ə qədər artan məsafəyə sahib taksilər üçün xüsusi versiya
- BYD Shang — Nissan NV200 platformasına əsaslanan məhdud sayda istehsal olunan M3 DM hibrid kompakt van
- BYD T3 — Sınırlı Buraxılış Şanqlı EV Çatdırılma Vanası
- BYD K9 — təxminən 250 km güc ehtiyatı olan seriyalı şəhər aşağı mərtəbəli 12 metrlik elektrik avtobusu (27 oturacaq + 4 sosial)
