factograf
AZ

Antonov An-70

Antonov An-70
All data from the card 7
Tipi
Hərbi təyyarə, hərbi nəqliyyat təyyarəsi, Yük təyyarəsi
Hazırlayan
Antonov (şirkət)
İstehsalçı
Antonov (zavod)
İlk uçuş
16 dekabr 1994
İstismara verilmə tarixi
19 yanvar 2015
İstismarçılar
Ukrayna Hərbi Hava Qüvvələri
Buraxılış sayı
3

Antonov "AN-70" hərbi nəqliyyat təyyarəsi (Ukraynaca: Антонов Ан-70) Antonov şirkəti tərəfindən istehsal olunan Ukrayna mənşəli orta mənzilli turbopərvanəli (turboprop) hərbi nəqliyyat təyyarəsidir. 1980-ci illərin sonunda SSRİ dönəmində Antonov Layihə Bürosu tərəfindən Antonov An-12 təyyarələrinin yerini almaq məqsədilə yaradılmışdır. 1990-cı illərin əvvəllərində SSRİ-nin dağılmasından sonra, layihə Rusiya və Ukrayna arasında müştərək oldu. İlk prototipin uçuşu 1994-cü ilin dekabr ayında baş tutmuşdur. Təyyarənin çoxsaylı problemləri səbəbindən istehsalını yenidən həyata keçirmək üçün baş tutan cəhdləri uğursuzluğa düçar olmuşdur.

Mənşə: əvvəlcə  SSRİ, sonra isə  Rusiya ilə  Ukrayna

İstehsalçı:  Ukrayna

İstehsalçı firma: ANTK Antonov

Tip: Hərbi nəqliyyat təyyarəsi

İlk uçuş: 16 dekabr 1994

İstismar verilib: 19 yanvar 2015

İstismar müddətinin sonu: davam edir

İstehsal sayı: 3 ədəd

Qiyməti: 67–70 milyon dollar

İstehsal müddəti: 1991–1996; 2012–2015

Proqram dəyəri: 5 milyard US$ (2006)

Texniki göstəriciləri

Heyət üzvü: 3–5 nəfər

Uzunluğu: 40.73 m

Qanad eni: 44.06 m

Hündürlüyü: 16.38 m

Qanadın sahəsi: 204 m²

Boş kütlə: 73.000 kq

Qalxma zamanı normal kütlə: 111.000 kq

Qalxma zamanı maksimal kütlə: 135.000 kq

Yük götürmə kütləsi: 47.000 kq

Sərnişin tutumu: 300 nəfər tam təchizatlı əsgər və ya 206 ədəd xərək

Daxili yanacaq çənlərin tutumu: 38.000 kq

Mühərrik: 4 ədəd Progress D-27 cüt turbopərvanəli (turboprop) mühərrik

Mühərrikin itələmə qüvvəsi: hər biri Güc: 4 ədəd 10.440 kW (14.000 at gücü)

Maksimal sürəti: 780 km/saat

Kreyser sürəti: 700–750 km/saat

Yüksəkliyə qalxma sürəti: 24.9 metr/saniyə

Uçuş məsafəsi yük olmadan: 8.000 km;47 ton yük ilə: 3.000 km; 35 ton yük ilə: 5.100 km; 20 ton yük ilə: 6.600 km

Uçuş yüksəkliyi: 12.000 m

Qalma və enmə məsafəsi: Asfalt-beton örtüklü zolaqdan: 1550–1800 m; Torpaq zolaqdan: 600–700 m

Read next

In 27 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article