Hadisələr
- 3 sentyabr - Paris (Versal) sülh müqaviləsinin imzalanması, İngiltərənin ABŞ-nin müstəqilliyini tanıması.
- 11 oktyabr — Rusiya Elmlər Akademiyası təsis edilib. İlk prezidenti knyaginya Yekaterina Daşkova olub.
- Krım yarımadası Rusiya imperiyasına birləşdirildi. Həmin ildə də Krımda Sevastopol şəhərinin əsası qoyuldu.
- İrəvanda üsyan nəticəsində Hüseynəli və Məmmədhəsən xan qardaşlarının öldürülməsi, Hüseynəli xanın oğlu Qulaməli xanın hakimiyyətə (1783-1785) gəlməsi.
- Xoy xanı Əhməd xan tərəfindən Cəfərqulu xanın Naxçıvanda hakimiyyətə gətirilməsi.
- Gəncədə Hacı bəyin başçılığı ilə baş verən üsyan nəticəsində ikihakimiyyətliliyə son qoyulması.
- Xoy xanı Xudadad xanın Təbriz döyüşündə Əli xan Şəqaqiyə qalib gəlməsi.
- Məliklərin Qarabağ xanlığına qarşı mübarizəsinin kəskinləşməsi.
- 20 avqust - Qafqazdakı rus qoşunlarının komandanı P.S.Potyomkinin Azərbaycan xanlarına müraciəti.
- 1783 İrlandiya Apellyasiya Aktı
Doğumlar
- Vaşinqton İrvinq – tanınmış Amerika yazıçısı, tarixçi, siyasətçi (ö.1859).