Əl-Əyun (ərəb. العيون, isp. El Aaiún) — Qərbi Saharanın ən iri şəhəri, şimal-qərbi Afrikada mübahisəli ərazi. Mərakeşin nəzarəti altındadır. Mərakeşin — Əl-Əyun-Bujdur-Saqiet-əl-Hamra vilayətinin mərkəzi, həmçinin Saxara Ərəb Demokratik Respublikasının paytaxtı. Şəhər Mərakeşin nəzarəti altında olduğundan SƏDR-in müvəqqəti paytaxtı Bir-Lelu şəhəridir.
Əhalisi, dil və dini
2008-ci ilin məlumatına əsasən şəhərin əhalisi 192 639 nəfərdir. Şəhərdə ölkə əhalisinin yarısı yaşayır. Milli tərkibi 95% səhravidir. Şəhərdə 8 min avropalı yaşayır, dövlət dili ərəb dilidir, gündəlik ünsiyyətdə hasaniya dialekti də işlənir. Hakim din islam dinidir.
