factograf
AZ
Sign in

MS Oil

  • 1 min read
MS Oil

Key facts

yaranma tarixi2020
anlayışın sinfişirkət
ölkəAzərbaycan
All data from the card 7
Tipi
məhdud məsuliyyətli cəmiyyət
Sənaye
neft, təbii qaz
Məhsulu
yanacaq
Təsis tarixi
2020
Baş qərargahın yeri
Bakı
Ana şirkət
MSDIS Holding
Təsisçi
Mirfəyyaz Nağıyev

MS Oil — Azərbaycanda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsi. "MSDIS Holding"in tərkib hissəsi olan şirkət, ölkə ərazisində müxtəlif növ yanacaq məhsullarının pərakəndə satışı ilə məşğul olur.

Tarixi

Şirkət 2020-ci ildə "MSDIS Holding" tərəfindən təsis edilmişdir. Qısa müddət ərzində Bakı şəhəri və ətraf qəsəbələrdə, həmçinin magistral yolların kənarında yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini genişləndirmişdir. 2023-cü ildə şirkətin fəaliyyətində strateji dəyişiklik baş vermiş, bəzi strateji məntəqələr (məsələn, Koroğlu Rəhimov küçəsi və Şıxov ərazisi) uzunmüddətli icarə əsasında SOCAR brendinə təhvil verilmişdir.

Fəaliyyəti

"MS Oil" məntəqələrində Aİ-92, Aİ-95 (Premium) markalı benzin və dizel yanacağının satışı həyata keçirilir. Yanacaqdoldurma məntəqələri kompleksinə adətən aşağıdakı xidmətlər daxildir: Avtomatlaşdırılmış yanacaq satışı; "MS Market" şəbəkəsi; Avtoyuma və yağdəyişmə məntəqələri. Şirkətin hazırda Zabrat, Zirə, Saray, İsmayıllı və Siyəzən rayonları istiqamətində aktiv filialları mövcuddur.

Read next

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article