factograf
AZ
Sign in

CineMastercard

  • 1 min read
CineMastercard
All data from the card 5
Ölkə
Azərbaycan
Kinoteatr sayı
8
Ekran sayı
38
Oturacaq sayı
3802
Rəhbərlik
Zaur Darabzadə

CinemaPlus və ya sponsorluq razılaşmasına əsasən CineMastercard – Azərbaycanda fəaliyyət göstərən kinoteatrlar şəbəkəsi. 2012-ci ildə 28 Cinema adı ilə yaradılmışdır.

Tarixi

Kinoteatr şəbəkəsinin əsası 17 dekabr 2012-ci ildə 28 Cinema adı ilə qoyulmuşdur. 2015-ci ildə adını CinemaPlus olaraq dəyişdirmişdir. 2020-ci ildə Azərbaycanca başlamış COVİD-19 pandemiyası səbəbilə 2021-ci ilin oktyabrına qədər fəaliyyətinə fasilə verməli olmuşdu. 2024-cü ildə Mastercard ilə əldə olunmuş razılaşmaya əsasən adını CineMastercard olaraq dəyişdirmişdir.

Haqqında

Kinoteatrlar şəbəkəsinə 9 kinoteatr, 50-dən çox ekran və 5000-dən çox oturacaq daxildir. 3D-kontentini nümayiş etdirmək imkanı olan rəqəmsal proyeksiya sistemi və kinoekranlar ilə təchiz olunub. Həmçinin gücləndirilmiş parlaqlıq və Enhanced 4K Barco təsvirinə malikdir.

Kinoteatrlar şəbəkəsində Platinum Movie Suites konsepsiyası əsasında tamaşaçılara dəridən hazırlanmış, söykənəcəyi arxaya açılan italyan kreslolarda film izləmək və kinoseans zamanı qida və içkilərin sifariş etmək imkanı yaradılmışdır. Azərbaycanda Dolby Atmos texnologiyası ilk dəfə CinemaPlus tərəfindən tətbiq edilmişdir.

CinemaPlus Azərbaycanda yerli dublyajın inkişafı ilə məşğul olur və gündəlik olaraq bu filmlərə bir neçə seans ayırır. Dublaj Cinemazadeh studiyası tərəfindən hazırlanır. Bundan əlavə, açıq havada kino nümayişləri, kino həftələri, filmlər üçün xüsusi nümayişlər keçirilir.

Kinoteatrlar

Read next

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article